...

Filip Vuyanoviç: Sürətlə dəyişən bugünkü dünyada Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sabitlik amili kimi özünü sübut edib

Siyasət Materials 24 Dekabr 2017 10:51 (UTC +04:00)
Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Filip Vuyanoviç: Sürətlə dəyişən bugünkü dünyada Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sabitlik amili kimi özünü sübut edib

Bakı. Trend:

Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli Prezident. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sürətlə dəyişən bugünkü dünyada Sizin rəhbərliyiniz ilə Azərbaycan sabitlik amili kimi özünü sübut edib. Ölkənizin beynəlxalq qurumlar çərçivəsində məsələləri dialoq vasitəsilə həll etməyə sadiqliyi digərləri üçün mükəmməl modeldir. Eyni zamanda, dövlətiniz xalqınız üçün uzunmüddətli rifahı təmin etməyə müvəffəq olub.

Bu fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasındakı mükəmməl və daha da möhkəmlənməkdə davam edən əlaqələri xüsusilə dəyərləndirdiyimi və iki ölkə arasında əməkdaşlığın genişlənməsi naminə verdiyiniz töhfələrə görə Monteneqroda hamımızın adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti