...

Peskov MDB-nin qeyri-rəsmi sammitinin gündəliyini açıqladı

Siyasət Materials 26 Dekabr 2017 14:31 (UTC +04:00)

Bakı. Trend:

MDB dövlət başçılarının qeyri-rəsmi sammiti 2017-ci ilin yekunlarını müzakirə etmək üçün yaxşı imkandır.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Moskvada keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi görüşü barədə deyib.

Mətbuat katibi qeyd edib ki, sammit zamanı Rusiyanın builki MDB sədrliyinin yekunları müzakirə olunacaq.

Onun sözlərinə görə, daha sonra prezidentlərin qeyri-rəsmi görüşü keçiriləcək və dövlət başçıları müzakirələri qeyri-rəsmi formatda davam etdirəcək.

Qeyd edək ki, bu gün Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Görüşdə müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti