...

Prezident: Tatarıstan və Azərbaycan arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin səmərəli inkişafı davam edəcək

Siyasət Materials 4 Yanvar 2018 16:26 (UTC +04:00)
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident: Tatarıstan və Azərbaycan arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin səmərəli inkişafı davam edəcək

Bakı. Trend:

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Qoy Sizin yüksək nüfuzunuz və zəngin təcrübəniz, doğma ölkənizin firavanlaşması naminə yorulmadan qurub-yaratmaq istəyiniz və dövlətinizin vətəndaşlarına qeyd-şərtsiz dəstəyiniz bundan sonra da Azərbaycan Respublikasının hərtərəfli inkişafının möhkəm təməli olsun.

Ümidvaram ki, Tatarıstan ilə Azərbaycan arasında ənənəvi qarşılıqlı anlaşma və dostluq ruhunda çoxtərəfli qarşılıqlı fəaliyyətin səmərəli inkişafı davam edəcək. Əminəm ki, dərin məzmunlu Tatarıstan-Azərbaycan əlaqələri Rusiya ilə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq potensialının artmasına xidmət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti