...

Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın xarici işlər nazirinə təqdim edib (FOTO)

Siyasət Materials 17 Yanvar 2018 11:20 (UTC +04:00)
Azərbaycanın Tacikistana yeni təyin olunmuş səfiri Həsən Məmmədzadə etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Siracəddin Aslova təqdim edib.
Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın xarici işlər nazirinə təqdim edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Tacikistana yeni təyin olunmuş səfiri Həsən Məmmədzadə etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Siracəddin Aslova təqdim edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilmiş görüş zamanı H.Məmmədzadə Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun salamlarını və xoş arzularını S.Aslova çatdıraraq, iki ölkə prezidentləri arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri sayəsində mövcud yüksək səviyyəli siyasi əlaqələrlərlə yanaşı, ona ölkələrimiz arasında iqtisadi-ticarət, turizm və mədəniyyət sahələrində də əlaqələrin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində fəaliyyət göstərilməsinin tapşırıldığını qeyd edib və bu istiqamətdə bütün imkan və bacarığını sərf edəcəyini bildirib.

Tacikistanın xarici işlər naziri səfirin etimadnaməsini qəbul edərək Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin çox yüksək səviyyədə olduğunu, iqtisadi, turizm, elm və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin səviyyəsinin artırılması üçün hər iki ölkənin geniş imkanlarının mövcudluğunu qeyd edərək səfir qarşısında mühüm vəzifələr durduğunu bildirib, Azərbaycanın yeni səfirinə gələcək fəaliyyətində uğurlar diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti