Bakı. Əli Mustafayev - Trend:
Azərbaycan obyektiv və demokratik seçkilər keçirməklə növbəti dəfə bərabərlik və qanunun aliliyi prinsiplərinə sadiq olduğunu təsdiq edəcək.
Bunu Trend-ə Paraqvayın sabiq Prezidenti Fernando Armindo Luqo Mendes deyib.
O qeyd edib ki, Azərbaycan artıq bu gün demokratik cəmiyyətin inkişafına nümunəyə xidmət edir:
"Bu planda Azərbaycan bir çox nailiyyətlər əldə edib və mən ölkədə demokratik prinsiplərin gələcəkdə güclənəcəyinə qətiyyən şübhə etmirəm. Qarşıdakı prezident seçkiləri də bunu təsdiq edəcək".
Sabiq dövlət başçısı bildirib ki, 2018-ci ilin aprelində Paraqvayda da prezident seçkiləri keçiriləcək: "Ümid edirəm ki, bütün dost ölkələrdə seçkilər uğurla nəticələnəcək".
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.