Bakı. Ləman Zeynalova - Trend:
Nepalın xarici işlər naziri Pradip Kumar Quavali Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, o, aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatı ölkələrinin XİN rəhbərlərinin aralıq konfransında nümayəndə heyətinə rəhbərlik edəcək.
Nümayəndə heyətinə Nepalın Nyu Yorkda BMT yanındakı daimi nümayəndəsi Durqa Prasad Bhattaray və müşavir Surendra Tapa daxildir.
Qeyd edək ki, Nepal Qoşulmama Hərəkatının təsisçi ölkələrindən biridir.