...

Ərəb KİV-ləri: Azərbaycanda prezident seçkiləri tam şəffaf keçir (ÖZƏL)

Siyasət Materials 11 Aprel 2018 15:23 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə və tam şəffaf keçir.
Ərəb KİV-ləri: Azərbaycanda prezident seçkiləri tam şəffaf keçir (ÖZƏL)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə və tam şəffaf keçir.

Bunu Trend-ə IRIS Media (BƏƏ) informasiya agentliyinin icraçı direktoru Camal əl-Macayda deyib.

O bildirib: “Mən ərəb ölkələrindən jurnalistlərdən ibarət nümayəndə heyətinin rəhbəriyəm. Biz səhərdən çoxlu sayda seçki məntəqələrində olmuşuq. Qeyd etmək istəyirəm ki, seçkilərdə mühit çox yaxşıdır. Hər məntəqədə biz yüksək fəallıq müşahidə etmişik”.

İcraçı direktorun sözlərinə görə, müşahidəçilər seçki prosesində heç bir pozuntu qeydə almayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti