...

Monqolustan dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib

Siyasət Materials 12 Aprel 2018 17:38 (UTC +04:00)
Aprelin 12-də Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Monqolustan dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib

Bakı. Trend:

Aprelin 12-də Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Xaltmaaqiyn Battulqa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Prezident Xaltmaaqiyn Battulqaya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti