...

Azərbaycanın səfiri etimadnaməsini Tacikistan Prezidentinə təqdim edib (FOTO)

Siyasət Materials 13 Aprel 2018 14:58 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 13-də Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə etimadnaməsini Tacikistan Prezidenti Emomali Rəhmona təqdim edib.

Trend-in məlumatına görə, Prezident E.Rəhmon səfiri təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı H.Məmmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident E.Rəhmona çatdırıb.

İki dost və qardaş ölkə arasında münasibətlərin və ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, iqtisadi, ticarət, humanitar və mədəniyyət sahələrinin inkişafı üzrə fikir mübadiləsi aparılıb, Tacikistan Prezidentinin ölkəmizə rəsmi səfəri müzakirə olunub. E.Rəhmon dövlətimizin başçısı İlham Əliyevin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və 11 aprel prezident seçkilərində qalib gəlməsi münasibətilə bir daha təbriklərini çatdırmağı xahiş edib.

Görüş zamanı səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib və Azərbaycanla Tacikistan arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etməsi istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb.

Daha sonra Tacikistan Prezidenti E.Rahmon ulu öndər Heydər Əliyev haqqında danışaraq onun dünya səviyyəsində böyük siyasətçi olduğunu, tarix boyu belə şəxsiyyətlərin çox nadir halda yetişdiyini bildirərək, Azərbaycanın parçalanmasının qarşısını aldığını, ölkəni inkişaf yoluna yönəltdiyini, dünya səviyyəsində müstəqil, öz sözünü demək iqtidarına malik olan dövlətə çevirdiyini digər səfirlərin diqqətinə çatdırdı və onunla bağlı öz xatirələrini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti