...

Elmar Məmmədyarov Belarusa səfərə gedib

Siyasət Materials 21 İyun 2018 10:40 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə yola düşüb.
Elmar Məmmədyarov Belarusa səfərə gedib

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə yola düşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, nazir 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Tədbir çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti