...

Tacikistan Prezidenti: Bakı mirvaridir, dünya səviyyəli şəhərdir

Siyasət Materials 10 Avqust 2018 23:33 (UTC +04:00)
Bakı mirvaridir, dünya səviyyəli şəhərdir.
Tacikistan Prezidenti: Bakı mirvaridir, dünya səviyyəli şəhərdir

Bakı. Trend:

Bakı mirvaridir, dünya səviyyəli şəhərdir. Trend-in məlumatına görə, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevin adından şərəfinə verilən rəsmi ziyafət mərasimində çıxışı zamanı deyib.

Tacikistan Prezidenti bildirib: "Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan musiqisi, mahnısı eşidiləndə dərhal bizdə - Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər. Onlar buna çox diqqətlə yanaşırlar. Çox diqqətlə. Biz uğurlarınıza sevinirik. Mən bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən bunun canlı şahidiyəm. Münasibətlərimizin ilk günündən görürəm ki, təkcə paytaxt Bakının deyil, bütün Azərbaycanın siması dəyişir. Mən Qəbələdə, digər sənaye regionlarında olmuşam. İnkişaf göz qabağındadır. Bilirsiniz, Bakı mirvaridir, dünya səviyyəli şəhərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti