...

Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır

Siyasət Materials 14 Avqust 2018 11:30 (UTC +04:00)
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır.
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır

Bakı. Trend:

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üzrə məsləhətləşmələr keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib.

Nazir bildirib ki, qəbul olunmuş razılaşmalara əsasən bu görüş altı aydan gec olmayaraq keçirilməlidir.

Onun sözlərinə görə, bu məsləhətləşmələr Konvensiyada göstərilən razılaşmaların reallaşdırılmasına həsr olunacaq.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti