Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xızıda “Yeni Yaşma” Külək Elektrik Parkının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xızıda “Yeni Yaşma” Külək Elektrik Parkının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsdilər.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev məlumat verdi ki, “Yeni Yaşma” Külək Elektrik Parkı bu il yenidən qurulub. Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyasında yenidənqurma işlərini Almaniyanın “Berlin Wind” şirkəti aparıb. Yanvar ayında ilk turbin işə salınmaqla ay üzrə cəmi 200 min kVt/saat elektrik enerjisi istehsal olunurdusa, hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt/saata yaxındır. Parkın ərazisində inzibati bina inşa edilib, burada idarəetmə mərkəzi, işçi heyəti üçün xidməti otaqlar, habelə elektrik avadanlıqlarının-yuvaların quraşdırılması üçün 20 kV-luq bölmə və Təlim-Tədris Mərkəzi yaradılıb. İdarəetmə mərkəzində turbinlərin iş rejimləri, istismar vəziyyəti, texniki parametrləri, küləyin sürəti, növbəti günlər üçün külək proqnozu və enerji istehsalı onlayn izlənilir. Stansiyanın səmərəli fəaliyyətini təmin etmək üçün müasir tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi yaradılıb. İstehsal olunan elektrik enerjisinin ümumi enerji sisteminə ötürülməsi üçün “Yaşma” hava xəttinə qoşulmaqla “Sitalçay” yarımstansiyasına 110 kV-luq hava xətti çəkilib. Bir sıra xarici şirkətlər tərəfindən yerli mütəxəssislər üçün treninqlər təşkil edilib, həmçinin xarici ölkələrdə keçirilən müxtəlif sertifikatlaşdırılmış kurslarda yerli mütəxəssislərin iştirakı təmin olunub.

Hazırda stansiyanın idarə edilməsi, servis və istismar işləri tamamilə yerli mütəxəssislər tərəfindən icra olunur. Parkda alternativ və bərpaolunan enerji mənbələri üzrə kadr hazırlığı məqsədilə xüsusi Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Parkın ümumi ərazisi 540 hektardır. Burada 9800 paqonmetr uzunluğunda qəfəsli çəpər çəkilib, ümumi sahəsi 571 kvadratmetr olan anbar binası tikilib, gübrə və yağ depoları, zəhərli maddələrin saxlanılması üçün xüsusi otaq və xidməti bölmələr yaradılıb. Ərazidən səmərəli istifadə olunması üçün torpaq nümunələri İtaliyada laborator müayinədən keçirilib və nəticələrə əsasən 450 hektar sahədə zeytun və badam bağları salınıb. Bağların suvarılması məqsədilə Taxtakörpü-Ceyranbatan su kanalının 72-ci kilometrliyində suqəbuledici baş qurğu tikilib, 23 kilometrlik su xətti çəkilib, su anbarı və nasos stansiyası inşa edilib. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyindən 1,8 kilometrlik yeni avtomobil yolu çəkilib.

“Yeni Yaşma” Külək Elektrik Parkı Cənubi Qafqazın ən böyük külək elektrik parkıdır. Stansiyanın istismara verilməsi nəticəsində Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 0,7 faizdən 1,8 faizədək artacaq.

Dövlətimizin başçısına 3,6 MVt gücündə Yaşma Bağları Külək Elektrik Parkı və 1,7 MVt gücündə Şuraabad Külək Elektrik Parkı barədə də məlumat verildi. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Bakı-Quba yolunun digər tərəfində yerləşən Yaşma Bağları ərazisindəki 4 turbin təmir olunaraq, istismara hazır vəziyyətə gətirilib. Elektrik enerjisinin şəbəkəyə ötürülməsi üçün 35 kV-luq yarımstansiya inşa edilib və 3,8 kilometr uzunluğunda hava xətti çəkilib. Şurabad Külək Elektrik Parkında da 1,7 MVt gücündə 2 turbinlə bağlı təftiş işləri aparılıb, stansiyaya məxsus 35 kV-luq yarımstansiya elektrik enerjisinin şəbəkəyə ötürülməsi üçün yenidən qurularaq, istismara verilib. Turbinlərin idarə edilməsi SCADA sisteminə inteqrasiya olunub.

Sonda Külək Elektrik Parkının kollektivi ilə xatirə şəkli çəkdirildi.

Aİ-nin videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib (FOTO)
Aİ-nin videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib (FOTO)
Yelo Bank ordumuza dəstək aksiyalarına davam edir (FOTO)
Yelo Bank ordumuza dəstək aksiyalarına davam edir (FOTO)
Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanır - Elman Rüstəmov
Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanır - Elman Rüstəmov
Loading Bars
Xəbər lenti
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)
Gürcüstan parlament seçkilərində səsvermə proseduru başa çatıb
Diyanət İşləri Başqanlığından “Charlie Hebdo” jurnalına etiraz bildirib
Şotlandiyada erməni terroruna qarşı etiraz aksiyası keçirilib (FOTO)
İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib (FOTO)
Vətəndaş məktubları: Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük
İşğaldan azad edilən ərazilərdə geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq
Bərdə hadisəsi Ermənistanın tarix boyu gerçəkləşdirdiyi terror siyasətindən əl çəkmədiyini göstərir - Tarixçi
Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib
Minsk qrupu özünü doğrultmadı…
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 31.10.2020 tarixli bölüm
Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair QHT-lərin BƏYANATI
Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır
İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir - ETSN
Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti – İşğaldan azad olunmuş Vejnəli qızıl yatağı (VİDEO)
Ermənistanın təxribatları nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb - Baş Prokurorluq
Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir - XİN
Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq - XİN rəsmisi
Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov
Həmsədrlərin müraciətindən sonra da Ermənistan yaşayış sahələrinə zərbələr endirir - XİN
Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov
Ermənistan yaşayış məntəqələrimizə 218 raket zərbəsi endirib
Ermənistanın mülki əhaliyə qarşı hücumları insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir - Leyla Abdullayeva
Ermənistanın hərbi təxribatları və koronavirus infeksiyasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir
Erməni təcavüzü nəticəsində Azərbaycanda neçə dini obyekt zərər görüb? - RƏSMİ
Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası AÇIQLANDI (FOTO)
Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib (FOTO)
Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)
Cenevrə görüşlərinin keçirildiyi gün Azərbaycanın rayonlarına 200-dən artıq mərmi atılıb - Hikmət Hacıyev
Ali Məhkəmə beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı terrorunu qətiyyətlə pisləməyə çağırıb
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - MN
Azərbaycanda 1095 nəfər COVID-19-a yoluxdu, 547 nəfər sağaldı, 12 nəfər vəfat etdi
Ermənistanın terrorçu təxribatları barədə faktlar tərəfdaş ölkələr və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb
İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb
Ermənistanın mülki insanları kütləvi şəkildə qətlə yetirməsi davamlı hal almaqdadır - Aydın Quliyev
Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes (FOTO)
Avstraliyada Türkiyənin Cümhuriyyət bayramı münasibətilə keçirilən tədbirdə erməni terroru pislənilib (FOTO)
Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq - Rus icmasının sədri ( FOTO)
Tailandda erməni terrorunun qurbanları yad edilib (FOTO)
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət edib
Azərbaycan Prezidenti: Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır
Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verilib (FOTO)
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir - Prezidentin köməkçisi
Cenevrə görüşü Azərbaycan ordusunun qazandığı nailiyyətlərin diplomatik masada davamıdır - Politoloq
Ermənistan qəsdən Şuşa meşələrində yanğın törədir - Hikmət Hacıyev
Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dini müstəviyə keçirmək niyyəti onun son ümidlərindən biridir - Ekspert
Azərbaycan Prezidenti: Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir
Rusiyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib
Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev: Mən bir aydır bu sualı verirəm, heç bir cavab yoxdur
Azərbaycan Prezidenti: Müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin
Prezident İlham Əliyevdən jurnalistin türk əsgərləri ilə bağlı iddiasına cavab: Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz
Prezident İlham Əliyevdən jurnalistin demokratiya ilə bağlı sualına cavab: Avropada etirazçıları necə döydüyünüzə baxırıq
Prezident İlham Əliyev: Bizim üç dəfə atəşkəsə razı olmağımız məsələni siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir
İzmirdə daha 100 nəfər dağıntıların altından xilas edilib
Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır- MN
Azərbaycan Prezidenti: Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq, etnik təmizləməyə məruz qalan biz olmuşuq
Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik
Ermənistandan pomidor idxalı dayandırıla bilər - Rusiya xəbərdarlıq etdi
Azərbaycan Prezidenti: Biz dəyişdik reallıqları, indi onlar bunları nəzərə almalıdır
Prezident İlham Əliyev: Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik
Prezident İlham Əliyev: Bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi
Azərbaycan Prezidenti: Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik
Prezident İlham Əliyev: Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər
Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi (FOTO)
Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq - İsrailin Diaspor İşləri naziri
Noyabrın ilk günü hava necə olacaq?
Gürcüstanda parlament seçkiləri normal qaydada davam edir - Arzu Nağıyev (FOTO)
Ceyhun Bayramov: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
Ermənistana təhvil verilmiş 85 yaşlı qadın bu ölkədə psixoloji və fiziki işgəncələrə məruz qalıb - Hikmət Hacıyev
Ermənistanda növbəti antirekord: Koronavirusdan bir gündə 41 nəfər öldü
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb
Bakı sakini küçədə bıçaqlandı
Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır - MN
Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır - Hikmət Hacıyev
Ceyhun Bayramov BQXK-nın baş direktoru Roberto Mardini ilə görüşüb
Erməni aqressivliyi bütün Avropa qitəsi üçün təhlükə mənbəyidir - Piter Teys
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - MN
Abşeronda ər arvadını xüsusi amansızlıqla öldürdü
Gürcüstanda parlament seçkiləri keçirilir
Azərbaycan işğaldan azad etdiyi ərazilərində normal həyat qurmağa başlayır
Düşmənin saxta xəbərlərini şikayət edə biləcəyiniz sayt yaradılıb
İzmirdə daha bir zəlzələ
Hər bir azərbaycanlının əbədi qürur duyacağı Komandan
Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb
Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub
Braziliyada bir gündə koronavirusa 22 282 nəfər yoluxub
Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb - MN
Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur - MN
Britaniya qripə qarşı peyvəndlərin ixracını azaldacaq
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan son vəziyyəti açıqlayıb
Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub - MN
Bakıda beşmərtəbəli binanın şaxtasında yanğın olub
Azərbaycan parlamentinin deputatları Qaqauziyada bir sıra görüşlər keçiriblər (FOTO)
ABŞ-da koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər