...

Politoloq: Ermənilər cinayətkar imiclərini müxtəlif ölkələrdə daha da möhkəmləndirirlər

Siyasət Materials 12 Noyabr 2018 14:07 (UTC +04:00)
Ermənilər cinayətkar imiclərini müxtəlif ölkələrdə daha da möhkəmləndirirlər.
Politoloq: Ermənilər cinayətkar imiclərini müxtəlif ölkələrdə daha da möhkəmləndirirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənilər həm Cənubi Qafqaz regionunda, həm də dünyanın müxtəlif yerlərində qanunazidd hərəkətlər edir, separatizm ideyalarını təbliğ edirlər. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diasporunun təşəbbüsü və dəstəyi ilə ayrı-ayrı rəsmi şəxslər, iş adamları dəfələrlə Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər etmişlər, burada müəyyən fəaliyyətlə məşğul olmağa cəhd göstərmişlər:

"Ümumiyyətlə, istər erməni diaspor təşkilatları, istərsə də erməni diplomatik korpusu olsun, onlar işğalçı Ermənistan dövlətinin cinayətkar əməllərinin genişləndirilməsi istiqamətində açıq fəaliyyət göstərirlər. Sön dövrlərdə xarici mətbuatda Ermənistanın müxtəlif ölkələrdəki səfirlərinin kriminal aləmlə əlaqələri haqqında intensiv məlumatlar getməkdədir. Belə məlumatlardan biri də Almaniya mətbuatında yayılıb. Belə ki, Almaniya mətbuatında Ermənistanın AFR-dəki səfiri Aşot Smbatyanın erməni cinayətkarları ilə sıx əlaqələrindən bəhs olunub. Bundan başqa, Almaniya Bundestaqının üzvü Albert Vaylerin erməni cinayətkar qruplaşmaları ilə əlaqələri haqqında informasiyalar genişlənməkdədir".

E.Mirbəşir oğlu qeyd edib ki, məhz belə əlaqələr sayəsində A.Vayler Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinə qanunsuz səfər edib. İşğalçı Ermənistanın fəal lobbiçiliyini aparan A.Vayler Almaniyanın Federal Kansleri Azərbaycana səfər edən zaman özünün də nümayəndə heyətinin tərkibinə daxil edilməsinə çalışıb, lakin Azərbaycan tərəfi bunun qarşısını qətiyyətlə alıb:

"Göründüyü kimi, işğal altında olan Azərbaycan ərazilərinə səfər edənlər bir qayda olaraq erməni cinayətkar qruplaşmaları ilə cinayətkar əlaqələrdə olan şəxslərdir. Bu da ondan xəbər verir ki, ermənilər özlərinin cinayətkar imiclərini müxtəlif ölkələrdə daha da möhkəmləndirməkdədirlər. Artıq Almaniya mətbuatında ermənilərin cinayətkar əməlləri və onlarla əlaqədə olan Almaniya vətəndaşları haqqında geniş müzakirələr aparılmaqdadır. Bu müzakirələrdən aydın görünür ki, Almaniyada erməni cinayətkar qruplaşmaları kifayət qədər təhlükəli kimi səciyyələndirilir. Ermənistan rəsmi şəxslərinin də sıx əlaqələrə malik olduqları bu cinayətkar qruplar Azərbaycan-Almaniya münasibətlərinə də xələl gətirmək istiqamətində cəhdlər edirlər. Məsələn, Almaniya Bundestaqının deputatının Azərbaycanın işğal altında olan ərazilərinə səfərinin təşkil olunması bu qəbildən olan hərəkət kimi qiymətləndirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti