...

“Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinə 30 milyon manat ayrılıb

Siyasət Materials 17 Dekabr 2018 18:07 (UTC +04:00)
Prezident İlham Əliyev elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
“Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinə 30 milyon manat ayrılıb

Bakı. Trend:

Prezident İlham Əliyev elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti