Bakı. Elnur Bağışov – Trend:
İran və Azərbaycanın hərbi əməkdaşlığının daha da inkişaf etməsinə ümid edirik.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.
C.Cahangirzadənin sözlərinə görə, İran Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir:
"Hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan və İranın hərbi əməkdaşlığı ilə əlaqədar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfərini xüsusi qeyd etmək olar. Bu səfər iki ölkənin hərbi sahədə əməkdaşlıqlarının yüksək səviyyədə olduğunu göstərir".
Xatırladaq ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqeri 16-17 yanvarda Azərbaycanda səfərdə olub.