...

İcra başçısı: Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti Bayıl sürüşmə zonasında yaşayanların məsələsi ilə bağlı yeni qərar verəcək

Siyasət Materials 2 Mart 2019 10:59 (UTC +04:00)
Bayıl sürüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır.
İcra başçısı: Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti Bayıl sürüşmə zonasında yaşayanların məsələsi ilə bağlı yeni qərar verəcək

Bakı. Samir Əli - Trend:

Bayıl sürüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır.

Trend-in məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E.Əzizov bildirib ki, sürüşmə hadisəsi bu ərazidə birinci və sonuncu dəfə deyil: "Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış vardı".

İcra başçısı qeyd edib ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında yaşayanların məsələsi ilə bağlı yaxın günlərdə yeni qərar verəcək: "Bu barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti