Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib (FOTO)

Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib (FOTO)

Bakı. Trend:

Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bolqarıstan Elmlər Akademiyası (BEA), Bolqarıstan Yazıçılar İttifaqı və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və filosofu Nəsiminin 650 illik yubileyi çərçivəsində şairin bolqar dilinə tərcümə edilmiş “Seçilmiş şeirlər” kitabının təqdimatı keçirilib.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, gecədə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, BEA-nın prezidenti Yulian Revalski, vitse-prezidenti Vasil Nikolov, Bolqarıstanın Təhsil və Elm nazirinin müavini Denitsa Saçeva, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Bolqarıstan Yazıçılar İttifaqının sədri Boyan Anqelov, direktoru Dimitr Xristov, Tibb Universitetinin rektoru professor Viktor Zlatkov, BEA-nın Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutu və Muzeyinin direktoru Petko Xristov, BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova, Bolqarıstan Baş müftiliyinin əməkdaşları, Bolqarıstan Müsəlmanları Ali İslam Şurasının sədri Vedat Ahmed, Bolqarıstanda Dini İcmalar Milli Şurasının sədri Birali Birali, Bolqarıstan Pravoslav Kilsəsinin nümayəndəsi, Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV və QHT nümayəndələri, şair və yazıçılar iştirak edib.

Tədbirdə BEA-nın prezidenti Y.Revalski, səfir Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Bolqarıstan Yazıçılar İttifaqının sədri və direktoru B.Anqelov və D.Xristov çıxış ediblər.

Tədbirdə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli tərəfindən BEA-nın prezidenti Y.Revalskiyə dahi şairin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC tərəfindən hazırlanmış “İmadəddin Nəsimi - 650” poçt markası təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Y.Revalski iki akademiya arasında sıx əməkdaşlığa toxunaraq elm sahəsində illərə söykənən ənənəvi əlaqələrin mövcud olduğunu bildirib, bir neçə gün öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin BEA-nın 150 illik yubileyi ilə əlaqədar keçirilmiş təntənəli mərasimdə iştirak etdiyini, AMEA tərəfindən cari ildə 130 illik yubileyi qeyd olunan və Bolqarıstanda ən qədim və Balkan yarımadasında bu sahədə ən qədim və ən zəngin muzey olan BEA-nın Milli Təbiət Tarixi Muzeyinə hədiyyə edilmiş qranat mineral daşını məmnuniyyətlə xatırlayaraq bu dəyərli hədiyyəyə görə AMEA-ya təşəkkürü ifadə edib. Rəhbərlik etdiyi qurumun Nəsimiyə həsr olunmuş gecəyə ev sahibliyi etməsindən məmnunluğunu bildirərək Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşəbbüsü ilə mədəniyyət və incəsənət sahəsində çoxsaylı tədbirlərin keçirildiyini və bu tədbirlərin iki ölkə arasında yaxın münasibətlərin göstəricisi olduğunu əlavə edib.

Səfir N.Qurbanova dahi Azərbaycan şairi, mütəfəkkiri və filosofu və Şərq ədəbi və fəlsəfi fikrinin parlaq simalarından olan Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Bolqarıstanda keçirilən tədbirin BEA-nın 150 illik yubileyinə təsadüf etdiyini vurğulayıb, Nəsiminin doğma dildə Azərbaycan poeziyasının banilərindən və Azərbaycan dilində ilk divanların müəlliflərindən biri olduğunu söyləyib. İnsan, Bəşəriyyət, Məhəbbət və Allah mövzularının onun yaradıcılığında mərkəzi yer tutduğunu qeyd edən səfir Nəsimi yaradıcılığının insanla bəşəriyyətin vəhdətini nümayiş etdirməsi və ruhun kamilliyinə gətirib çıxaran yolları aşkar etməsi barədə söz açıb.

N.Qurbanova dərin ensiklopedik biliyə malik olan şairin 600 illik yubileyinin Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə YUNESKO-nun tədbirlər siyahısına daxil və bu təşkilat çərçivəsində qeyd edilməsi barədə danışıb. Səfir iki il öncə şairin ölümünün 600 illiyinin Parisdə qeyd edilməsi, ötən ildən etibarən Nəsiminin doğulduğu Şamaxı şəhərində Nəsimi – şeir, sənət və mənəviyyat festivalının keçirildiyini əlavə edib.

Akademik İ.Həbibbəyli ümumşərq miqyasında qüdrətli şair və Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısı Nəsimi barədə məlumat verərək bildirib ki, o, böyük bir ədəbi məktəb yaradıb. Akademik orta əsr klassik Azərbaycan lirikasının bənzərsiz nümunələrini yaratmış İmadəddin Nəsiminin şeirlərinin insanın qüdrəti haqqında himn kimi səsləndiyini, onun şeirlərində kamil insan olmağa qüvvətli çağırışların ifadə olunduğunu, şairin kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf etdiyini əlavə edib. O davam edib ki, İmadəddin Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində bədii sözdən yoğrulmuş əzəmətli insan heykəlidir. İ.Həbibbəyli Nəsiminin daha çox aşiqanə ruhda inkişaf edən Azərbaycan poeziyasında ictimai motivlərə geniş yer ayırmasından, onun poeziyasında nəsihətçiliyin arxa plana, həyat fəlsəfəsi və mübarizə ruhunun ön mövqeyə keçməsindən bəhs edib və şairin məşhur “Sığmazam” qəzəlini Azərbaycan dilində ifa edib.

Bolqarıstan Yazıçılar İttifaqının sədri B.Anqelov poeziyanın tarixi, dini və mənəvi sərhədlərinin olmadığını bildirərək şairin həyatı barədə qısa məlumat verib. O, “Mən Allaham” deyən şairin 1417-ci ildə edam edildiyini bildirib və şairin əsərlərindən tərcümələr səsləndirib. Bolqarıstan Yazıçılar İttifaqının direktoru D.Xristov Nəsiminin əsərlərinin ilk dəfə bolqar dilinə tərcümə edildiyinə diqqət çəkərək məhz bu prosesin Nəsimi irsinin, onun davamçılarının və Şərqin dahi şairlərinin yaradıcılığının tədqiq edilməsinə təkan verəcəyini ümid etdiyini bildirib. O, Nəsiminin “Seçilmiş şeirlər” kitabının bolqar dilində nəşrinin bolqar oxucuların Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmağa və xalqlarımız arasında oxşarlıqları kəşf etməyə imkan yaradacağına əminliyini bildirib.

Sonda tərcüməçilər İvan Esenski və Nadya Popova ölməz şairin şeirlərindən parçalar səsləndirib və Nəsimi yaradıcılığı barədə fikir və təəssüratlarını bölüşüblər.

Tədbirdə Nəsimin “Seçilmiş şeirlər” kitabı ilə yanaşı, “Baku” və “İrs” jurnalları təqdim olunub. Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli təamları təqdim olunub.

Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb
Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb
Azərbaycanda pul kütləsi artıb
Azərbaycanda pul kütləsi artıb
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb
Loading Bars
Xəbər lenti
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır - Nikol Paşinyan
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Paşinyan
Azərbaycanın qlobal məsələlərin həllində rolu artmaqdadır - TƏHLİL
Ağcabədidə intihar cəhdinin qarşısı alınıb
Güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi ləğv edilib (ƏLAVƏ OLUNUB)
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
İstanbul-Bakı-İstanbul üzrə bir neçə aviareys təxirə salınıb
Serbiya baş nazirinin müavini Azərbaycana gələcək
ÜGT-nin Avropa Regionu üçün elektron ticarət üzrə onlayn seminarı başlayıb (FOTO)
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu (FOTO)
Avropada təbii qaz 20 faizə yaxın bahalaşıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Mariana Vasileva Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşüb (FOTO)
Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası təsdiqlənib
Sabunçuda ev yanıb, ölən var
Azərbaycan və İran nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərə birgə səfər edib
Rusiyanın daha bir aviaşirkəti Bakıya birbaşa reyslərə başlayıb
Ötən il 206 milyon manatdan çox maddi ziyan ödətdirilib
Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni barəsində cinayət işi açılıb
Ermənistan prezidenti Armen Sarkisyanın istefasının səbəbləri - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Ağdamda kafedə yanğın olub
Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
Prezident İlham Əliyev Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Almaniyada məşhur universitetdə atışma, yaralılar var
Xorvatiya Azərbaycana üç nümayəndə heyəti göndərəcək
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Buraxılış imtahanlarının tarixləri açıqlanıb
Vahid əlaqələndirmə mərkəzlərində 11 min şəxsə xidmət göstərilib
AŞ PA-nın yeni sədri seçilib
H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunda piyada keçidi inşa edilir (FOTO/VİDEO)
Gələn tədris ili üçün informatika fənni üzrə imtahan modeli təsdiqləndi
35 yaşımda çıxıb, 65 yaşımda qayıtdım - Şuşa sakinindən təsirli sözlər (VİDEO)
Serbiyada zavod partlayıb, ölən və yaralanan var
Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda da təqsirli bilinib
Xəzərdə qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
Qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi həbs olunub
Bakıda narkotacir və mobil telefon oğruları saxlanıldı - Anbaan görüntülər (FOTO/VİDEO)
Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatdı
Avtomobilə konstruksiya dəyişikliyi edən sürücü saxlanılıb
İranda ötən sutka 21 nəfər koronavirusdan ölüb
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb
İstanbul hava limanında uçuşlar dayandırılıb
İsrail dördüncü dozanın daha davamlı olduğunu elan edib
Qaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
İndiyə qədər COVİD-19 pasportu olmayan 64 mindən çox şəxs şənlik mərasimlərinə buraxılmayıb - DİN
NEQSOL Holding HR peşəkarları üçün Strateji HR Biznes Tərəfdaş Proqramını həyata keçirib
Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb
Azərbaycan -Türkiyə münasibətləri planlı formada hər sahədə inkişaf etdirilir - Elşan İzzetgil
“Azərlotereya” yeni “Ekpres Keno” virtual lotereyasını təqdim edib (VİDEO)
Azərbaycanda pul kütləsi artıb
Azərbaycanda karantin müddətinin 14 gündən 7 günə endirilməsinin səbəbi açıqlanıb
Ağdamda kafe yanıb (VİDEO)
Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb
Azərbaycanda bank işçilərinin sayı artıb
Kapital Bank Visa-nın 3 mükafatına layiq görülüb
Bu il 100-dən çox kəndin enerji şəbəkəsi yenidən qurulacaq (VİDEO)
Rusiyada növbəti dəfə ən yüksək yoluxma qeydə alınıb
Avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır - Aydın Kərimov
Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb
İlk sərnişin avtobusu Şuşaya çatıb (FOTO/VİDEO)
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında gömrük sahəsində əməkdaşlıqla bağlı saziş təsdiqlənib
Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunub
Binəqədidə 10-dan çox narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb (FOTO)
Zakir Həsənov Finlandiya XİN nümayəndə heyəti ilə görüşüb (FOTO)
VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb (VİDEO)
Ötən gün 33 yanğın olub (FOTO/VİDEO)
Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib
Toylarda 150 nəfərlik limit artırılacaq? (ÖZƏL)
Azərbaycan Gimnastika Federasiyası iki illik fasilədən sonra yerli yarışlara start verir
Xaricdə gizlənən 32 şəxs Azərbaycana ekstradisiya edilib
Xaricdə təhsil alan və yerli xəstəxanalarda işə cəlb olunacaq həkimlərin maaşı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Bolqarıstanın energetika naziri Azərbaycana gələcək
“Azərpambıq ASK” MMC-də pambıq əkininə hazırlıq işləri uğurla davam etdirilir
Qanunsuz parklanma təşkil edənlər iki min manat cərimələnəcək
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakıdan çıxan sərnişin avtobusu Ağdama çatıb (FOTO)
Sürücülər bu pozuntuya görə 40 manat cərimələnəcək
Vətən müharibəsində ziyan görmüş 294 sahibkara 4,7 milyon manat kompensasiya ödənilib - KOBİA (FOTO)
Türkiyədə müalicə alan 25 hərbçiyə əlillik təyin ediləcək
“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsinə start verilib
Azərbaycanda parklanmaya görə cərimələr artırılır
Qazaxıstanda yeni komandanlıq təsis edilib
249 uşaq üzərində ürək və damar əməliyyatı keçirilib
Tibb və qeyri-tibb heyətinin əməkhaqları artıb
Bakıda “Azərsu”nun işçisi adı ilə vətəndaşlardan pul alan şəxs peyda olub (FOTO)
Azərbaycanda velosiped yolları müəyyən edilir
İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların sayı artırılıb (SİYAHI)
Xəstəxanalara ən çox bu xəstəliklər üzrə müraciət olunur
Ötən il Baş Prokurorluq valideyn hüquqlarının məhdudlaşdırılması üçün 12 iddia qaldırıb
Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün yeni cərimələr müəyyən edilir
Təqsirləndirilən şəxslərin xaricdəki əmlaklarının müsadirəsinə başlanılıb
Ağdamda ermənilərin dağıtdığı tarixi abidələr sərgilənəcək (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - Avropa və İngiltərədə risklər yenidən artır
Ötən il amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb
Dəmiryol stansiyasından çuqun barmaqlıqlar oğurlanıb (FOTO)
Bütün xəbərlər