...

Almaniyada Azərbaycan vətəndaşları saxlanılıb

Siyasət Materials 6 Yanvar 2020 14:30 (UTC +04:00)
Almaniya polisi əcnəbilərə qarşı reyd keçirib.
Almaniyada Azərbaycan vətəndaşları saxlanılıb

Bakı. Trend:

Almaniya polisi əcnəbilərə qarşı reyd keçirib.

Trend-in məlumatına görə, Rostok şəhər dəmiryolu vağzalında keçirilən reyd zamanı Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olan 19 əcnəbi saxlanılıb.

Onların sənədlərinin qaydasında olmadığı müəyyən edilib.

Rostok şəhər Federal Məhkəməsi ötən gün keçirdiyi ilkin iclasında saxlananların hər birini yaşayış qanununu pozduğuna görə, 2430 avro məbləğində cərimələyib.

Növbəti iclasda həmin şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti