...

17 saylı Yasamal III seçki dairəsində 83 nəfər ilk dəfə səs verəcək

Siyasət Materials 9 Fevral 2020 10:41 (UTC +04:00)
İlk dəfə səs verənlərin sayı 83, 80-100 yaşarası seçicilərin sayı isə 991 nəfərdir
17 saylı Yasamal III seçki dairəsində 83 nəfər ilk dəfə səs verəcək

Bakı. Trend:

Fevralın 9-da 17 saylı Yasamal III seçki dairəsinin seçki məntəqələrində səsvermə başlayıb.

Trend-in məlumatına əsasən, dairə seçki komissiyasının sədri Qədir Kərimov bildirib ki, 30 min 534 seçicisi olan dairə seçki komissiyasının ərazisində 28 daimi seçki məntəqəsi fəaliyyət göstərir. O, fiziki məhdudiyyətli seçicilərin qeydə alındığı məntəqələrdə panduslar quraşdırıldığını və şəffaflığın təmin olunması məqsədilə məntəqələrinin 10-nun veb-kameralarla təmin olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dairə üzrə 13 namizəd qeydə alınıb. İlk dəfə səs verənlərin sayı 83, 80-100 yaşarası seçicilərin sayı isə 991 nəfərdir.

17 saylı Yasamal III seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Mədinə Nəbiyeva məntəqədə 772 nəfər seçici olduğunu, yaşı 80-dən yuxarı olan seçicilərin sayının 6 nəfər olduğunu bildirib.

Seçki prosesinin başlanmasından keçən müddətdə seçicilərin fəallığı müşahidə olunur.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti