...

ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib

Siyasət Materials 9 Fevral 2020 11:01 (UTC +04:00)
Milli Məclisə seçkilərlə əlaqədar indiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib.
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib

Bakı. Trend:

Milli Məclisə seçkilərlə əlaqədar indiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib.

Trend-in məlumatına əsasən, bunu ATƏT PA-nın beynəlxalq müşahidə missiyasının polşalı üzvü Rozalt Darlus Kajetan jurnalistlərə açıqlamasında bildirib.

"Səsvermə məntəqələri yaxşı təchiz edilib, məntəqə sədrləri və digər nümayəndələrin hamısı yerindədir. Hər hansı qanunauyğunsuzluq, insident qeydə almamışıq. İndiyədək üç səsvermə məntəqəsində olmuşuq və hər şey qaydasındadır”, - deyə o bildirib.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti