...

MSK beş seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib

Siyasət Materials 19 Fevral 2020 16:24 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb.
MSK beş seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb.

Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub.

MSK üzvü İlham Məmmədovun sözlərinə əsasən, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib.

İ.Məmmədov həmin dairənin 1, 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti