...

Azərbaycan Bosniya və Herseqovinaya humanitar yardım göndərib

Siyasət Materials 23 Aprel 2020 12:15 (UTC +04:00)
Aprelin 23-də Sarayevo beynəlxalq hava limanına Azərbaycandan Bosniya və Herseqovinaya göndərilmiş humanitar yardım aparan təyyarə eniş edəcək
Azərbaycan Bosniya və Herseqovinaya humanitar yardım göndərib

Bakı. Trend:

Aprelin 23-də Sarayevo beynəlxalq hava limanına Azərbaycandan Bosniya və Herseqovinaya göndərilmiş humanitar yardım aparan təyyarə eniş edəcək.

Trend-in məlumatına görə, bu barədə Bosniya və Herseqovinanın Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, bununla Azərbaycan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Faxrudin Radonçiçin koronavirusla mübarizədə yardım barədə çağırışına cavab verib.

F.Radonçiç Bosniya və Herseqovina vətəndaşları adından göstərilən dəstəyə görə Azərbayan hökumətinə və xalqına təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti