...

İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib

Siyasət Materials 1 İyul 2020 16:08 (UTC +04:00)
İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib

Bakı. Trend:

İraqın Xarici İşlər və Səhiyyə nazirlikləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün İraqa göndərdiyi tibbi yardıma görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq edib.

İraqın Azərbaycandakı səfirliyindən Trend-ə bildiriblər ki, Azərbaycan hökumətinin bu yardımı ölkələrimiz arasında qardaşlıq bağlarının dərinliyini ifadə edən bir addım kimi dəyərləndirilib.

Xatırladaq ki, iyunun 30-da Azərbaycan hökumətinin 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardımı Bağdada çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti