...

Ermənistan muzdlulara mükafat vəd edir - Prezidentin köməkçisi

Siyasət Materials 3 Noyabr 2020 15:37 (UTC +04:00)
-
Ermənistan muzdlulara mükafat vəd edir - Prezidentin köməkçisi

Bakı. İlhamə İsabalayeva – Trend:

Etibarlı mənbələrin məlumatına görə, hazırda Ermənistanın silahlı qüvvələrinin tərkibində Livan və Suriyadan tutmuş Avropa İttifaqının ölkələrinə, Kanadaya qədər olan muzdlular xidmət göstərir.

Trend-in məlumatına görə, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda işğal edilmiş ərazilərimizdə muzdlular yerləşdirib və onlardan Azərbaycan Silahlı Qüvvələrinə qarşı istifadə edilir. Onların əksəriyyətini erməni əsilli insanlar təşkil etsə də, aralarında digər etnik mənsubiyyəti olan insanlar da var.

H.Hacıyev qeyd edib ki, erməni terrorçular açıq şəkildə internet vasitəsilə müxtəlif ölkələrdən olan muzdluları Ermənistana cəlb edir və bunun müqabilində onlara maddi mükafat vəd edir.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur və Azərbaycan Ordusu döyüş tapşırıqlarını layiqincə yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti