Paşinyan tarixdə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək - Vüqar Rəhimzadə

Paşinyan tarixdə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək - Vüqar Rəhimzadə

Bakı. Trend:

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifini dağıdır. Bu, təkcə hərbi üstünlük və qələbə deyil, həm də ideoloji müstəvidə Ermənistanı məğlub etmək deməkdir. İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycanın mükəmməl texnologiyasının və çox yüksək döyüş ruhunun olduğunu önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev bildirdi ki, ölkəmiz Ermənistana kimin kim olduğunu sübut etdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin-Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəs razılaşmasını pozması, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrə görüşlərindən sonra yenə də təxribatlarını davam etdirməsi işğalçı dövlətin prosesi qarşıdurmanın davamına doğru yönəltməkdə maraqlı olduğunu nümayiş etdirir: "Münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi belədir ki, hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusunu zəbt etdiyi ərazilərdən geri çəkməlidir. Yalnız bundan sonra siyasi nizamlama prosesinə keçmək olar. Dövlətimizin başçısı İlham Əliyev aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini diqqətə çatdırır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir. Amma Ermənistanın baş naziri Nikol Paşinyanın son müsahibələrinə diqqət yetirdikdə bu siyasətdən və diplomatiyadan bixəbər avantürüstün feyk xəbərlərin yayılmasında, beynəlxalq ictimai rəyi çaşdırmaqda nə qədər maraqlı olduğunu görürük. Paşinyan azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasına şübhə edərək Dağlıq Qarabağda “soyqırımın” olmasından qorxduğunu bildirməklə hələ də yalanlarının ayaq tutub yeriyəcəyini düşünür. Unudur ki, soyqırımına məruz qalan hər zaman Azərbaycan olub. Ermənistan və ona havadarlıq edən dövlətlər unutmamalıdırlar ki, artıq Azərbaycan 1992-ci illərin Azərbaycanı deyil. O zaman Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının qarşısında “yaşıl işıq” yandırmışdı. Amma bu gün o «işıqlar» Azərbaycan həqiqətlərinin faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması əsasında sönüb. Bu, sınaqlardan çıxmış bir həqiqətdir ki, tarixi inkar etmək mümkünsüzdür. Ermənilər tarixin müxtəlif dövrlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçiriblər. Bir məqamı da xüsusi qeyd edək ki, bu gün Ermənistandan fərqli olaraq Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Burada müxtəlif xalqların, millətlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Ermənistan monorespublikadır. Ölkə Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, xunta rejiminin rəhbərliyi altında olduğundan fərqli olaraq burada daha yaxşı həyat sürəcəklər".

Baş redaktor qeyd edib ki, atdığı hər addımda özünün işğalçılıq, faşist siyasətini təsdiqləyən Ermənistan hakimiyyəti nə yolla olur-olsun danışıqlar prosesini uzatmağa və müəyyən dəstək əldə etmək üçün hər bir feyk üsuldan istifadə etməyə çalışır: "Dağlıq Qarabağda soyqırımı olacağından qorxduğunu iddia edən Ermənistanın baş naziri görəsən mülki şəxslərin atəşə tutulması əmrini verib, iki dəfə Gəncədə, sonra Bərdədə soyqırımı aktını törədəndə niyə qorxmurdu? Halbuki, bu vəhşiliklər dünyanın gözü qarşısında baş verib. Son bir ayda Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri atəşə tutmaları nəticəsində Azərbaycanın dinc əhalisi arasında ölən və ağır yaralananların statistikası dünyanın aparıcı dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara yaxşı məlumdur. 92 nəfər ölüb, 400-dən artıq insan ağır yaralanıb. Onların 11-i uşaqdır. Paşinyan tarixdə Gəncə və Bərdə hadisələrinə görə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək".

Baş redaktor vurğulayıb ki, Ermənistanın döyüş meydanında məğlubiyyəti ilə barışmayıb törətdiyi təxribatlar xalqımızın iradəsini sındıra bilməz: "Azərbaycan Ordusu qətiyyətlə irəliləyir. Hər gün təqdim olunan işğaldan azad olunmuş ərazilərimizin siyahısı hər kəsi daha da qürurlandırır, qələbə əzmini artırır. Azərbaycan həm Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara sübut edir ki, haqq, ədalət mübarizəsi aparır, öz ərazisində döyüşür, təcavüzkar deyil, heç bir dövlətin torpağında gözü yoxdur. Paşinyanın dünya ölkələrinin rəhbərlərinə saysız-hesabsız zənglərində Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı yalvarışlarına, cənab Prezidentimizin dediyi kimi, onların dabanlarını yalamasına cavab Azərbaycanın bu gün istər regionda, istərsə də dünya siyasətində yaratdığı reallıqlardır. Baş nazir danışıqların formatını dəyişib qondarma rejimin qondarma rəhbərini tərəf kimi bu prosesə cəlb etmək istəyəndə, təhqiramiz davranış nümayiş etdirib Şuşada sərxoş vəziyyətdə rəqs edəndə, «Qarabağ Ermənistandır və nöqtə» bəyanatını səsləndirərək 27 ildə danışıqlar prosesində az da olsa əldə edilmiş irəliləyişin qarşısını alanda bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməli idi".

“AccessBank” tender elan edir
“AccessBank” tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
Loading Bars
Xəbər lenti
İsraildə koronavirusa daha 4 173 yoluxma qeydə alınıb
"Starship" gəmisinin prototipi enişdən sonra partlayıb
Almaniyada karantin rejiminin müddəti uzadılıb
"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,2 milyon nəfərə çatır
İraqda raket hücumu nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb - Pentaqon
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Bütün xəbərlər