...

Ermənistanın muzdlularla bağlı uydurmaları Azərbaycana qarşı siyasi hücum təəssüratı yaradır - Tarixçi

Siyasət Materials 6 Noyabr 2020 19:49 (UTC +04:00)
Ermənistanın muzdlularla bağlı uydurmaları Azərbaycana qarşı siyasi hücum təəssüratı yaradır - Tarixçi

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın Azərbaycan tərəfində guya muzdluların döyüşməsi barədə açıqladıqları məlumat uydurmadan başqa bir şey deyil. Onların bu uydurma iddiaları Azərbaycana qarşı siyasi hücum təəssüratı yaradır.

Bunu Trend-ə tarixçi Cavid Yusub deyib.

Azərbaycan Ordusunun torpaqlarımızı öz gücü hesabına azad etdiyini vurğulayan C.Yusub əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillərin olduğunu söyləyib.

O qeyd edib ki, erməni diasporu muzdluların Qarabağdakı döyüşlərə cəlb edilməsini təmin etmək üçün dünyanın müxtəlif ölkələrindən milyonlarla manat maliyyə vəsaiti toplayıb.

C.Yusub əlavə edib ki, bu maliyyə vəsaitləri hesabına PKK və Yaxın Şərqdən olan bəzi terrorçuların qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulması ilə bağlı xeyli sayda faktlar var. O, bu faktların yalnız Azərbaycana deyil, bütün dünyaya bəlli olduğunu deyib. Qeyd edib ki, hətta xarici KİV-lərdə də ayrı-ayrı ölkələrdə yaşayan və həmin ölkələrin vətəndaşları olan ermənilərin Qarabağa vuruşmağa getdiyinə dair çoxsaylı materiallar verilib: ""ASALA" terrorçu birləşməsindən olan döyüşçülər, az qala bütün dünyanı gəzib-dolaşmış “PKK” terrorçu dəstələri Ermənistan vasitəsi ilə Qarabağa gətirilir. Livan və Suriyadan da Qarabağa muzdluların gətirilməsi faktları məlumdur. Paşinyan bu müharibə cinayətlərinə yol verməklə özünü və Ermənistan rəhbərliyini terrorizmin sponsoru və terrorist siyasətinin icracısı kimi tanıdır. Ermənistan siyasi rəhbərliyi muzdlu quldur dəstəsi və terror qruplaşmalarının yardımından istifadə etməklə cinayət xarakterli qərarlar qəbul edir. Artıq nə etdiyini bilməyən Ermənistan rəhbərliyinin qərarlarını qəbul etməyən erməni xalqı da özlərinin hesab etmədikləri ərazilərə görə döyüşə yollanmaqdan imtina edirlər".

Tarixçi bildirib ki, Nikol Paşinyan terrorun maliyyələşməsi üçün diaspor hesabına topladığı vəsaiti silahların alınmasına və terrorçuların gətirilməsinə sərf etməkdənsə, Ermənistanın səfil gündə yaşayan əhalisinin ehtiyaclarına yönəldə bilərdi.

O, həmçinin qeyd edib ki, döyüş əməliyyatlarının bitməsindən və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən sonra Ermənistan rəhbərliyinin terrorçularla əməkdaşlıqda günahkar bilinən şəxsləri haqqında məhkəmə prosesi başlanılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti