...

BQXK Dağlıq Qarabağda missiyasının tərkibini genişləndirəcək

Siyasət Materials 24 Noyabr 2020 10:18 (UTC +04:00)
BQXK Dağlıq Qarabağda missiyasının tərkibini genişləndirəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağdakı missiyasının tərkibini genişləndirəcək.

Trend-in məlumatına görə, bunu komitənin prezidenti Peter Maurer deyib.

O bildirib ki, münaqişə tərəfləri hələlik öz nəzarətində olan ərazilərdə meyitləri axtarır, amma döyüşlər getmiş ərazidə minalar yerləşdirildiyinə görə axtarışlar aparmaq çətinlik yaradır.

P.Maurer əlavə edib ki, mümkün ekoloji fəsadların qarşısının alınması üçün BQXK missiyasının büdcəsi və tərkibi dörd dəfəyə yaxın artırılacaq. Əgər müharibədən əvvəl missiyanın büdcəsi 11 milyon dollara yaxın idisə, gələn il üçün 50 milyon dollaradək artırılması planlaşdırılır. Bundan başqa, regiona 400-500 nəfər əlavə qüvvənin göndərilıməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti