Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı

Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı

Bakı. Elçin Mehdiyev – Trend:

Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməyə Milli Məclisin etiraz bəyanatının tam mətni açıqlanıb.

Trend-in məlumatına görə, bəyanatda qeyd olunur:

"Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bəyan edir:

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 1988–1994-cü illərdə işğal edilmiş ərazilərində qeyri-qanuni yaradılan və heç bir dövlət tərəfindən tanınmayan “dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulmuşdur;

Fransa Senatı tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa Hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir;

Fransa Senatının bu addımı Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır;

Sözügedən qətnamənin müddəalarının həyata keçirilməsi Avropa İttifaqına və onun Şərq Tərəfdaşlığı proqramına sarsıdıcı zərbə vurmaq potensialı daşıyır;

Cənubi Qafqazın və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri sülh danışıqlarında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması olmuşdur;

Cənubi Qafqaz regionunda qeyri-sabitliyin davam etməsində maraqlı olan xarici qüvvələrin dəstəyindən cəsarətlənən, sülh danışıqlarını birdəfəlik pozmaq və Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyən Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribata əl atmış, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edən Azərbaycanın həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı təcavüzkar Ermənistanı sülhə məcbur etmişdir;
Fransa Senatının qətnaməsində Azərbaycan tərəfindən əks-hücum əməliyyatında Türkiyə silahlı qüvvələrinin iştirak etdiyinə və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Ermənistana qarşı istifadə olunduğuna, Dağlıq Qarabağda mülki əhaliyə qarşı müharibə cinayətləri törədildiyinə dair əsassız və saxta iddialar irəli sürülmüş, lakin bu iddialarla bağlı heç bir dəlil göstərilməmişdir;

Bununla belə, Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdlu dəstələrin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə, Azərbaycanın hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrində dinc əhaliyə və mülki obyektlərə qarşı ağır müharibə cinayətləri törədildiyinə dair təkzibedilməz faktlar mövcuddur;

Ermənistan silahlı qüvvələri 1992–1994-cü illərdə Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində də dinc azərbaycanlılara qarşı bir sıra qətliamlar, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətmişlər;
Özünü insan hüquqlarına və demokratik dəyərlərə hörmətin “nümunəsi” sayan Fransa Respublikası dinc azərbaycanlılara qarşı bu cinayətlər qarşısında səssiz qalmağa üstünlük vermişdir;

Müstəmləkə hakimiyyəti dövründə Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Törədilmiş soyqırım cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara bir ləkədir;
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açmışdır."

Qeyd edilir ki, bu üçtərəfli bəyanat beynəlxalq hüquq normalarının və prinsiplərinin üstünlüyünü bərqərar etmiş, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Fransa Respublikasının özünün də dəstəklədiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamənin, eləcə də Avropa İttifaqının və Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərin icrasını təmin etmişdir:

"Azərbaycan Respublikasının Milli Məclisi Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayır, bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladır və yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakılarla bağlı çağırış edir:

Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin;

Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın;

Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlər görülsün".

Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Loading Bars
Xəbər lenti
Hirkan Milli Parkında yanğın söndürülüb
Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi (FOTO)
Koronavirusun qarşısını yalnız peyvəndlə almaq mümkündür - Deputat
Xaçmaz KOB evində sahibkarlara 20 mindən çox xidmət göstərilib (FOTO)
Azərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
Goranboyda 2 polis əməkdaşı döyüldü
Qaz sızmaları aradan qaldırılır
Azərbaycan 2020-ci ildə 13 milyard dollardan çox məhsul ixrac edib
AMEA-ya ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib - Akademik-katib
Bərpa olunan enerji hərracları xarici investisiyaların ölkəyə cəlb olunmasına kömək edəcək - Agentlik (MÜSAHİBƏ)
AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb
Yanvarın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Prezidentin Üzeyir, Natəvan və Bülbülün heykəllərini Şuşaya qaytarması tarixi hadisədir - Büstlərin müəllifləri (FOTO)
“Azernews” dünyanın aparıcı qəzetləri arasında: Yeni bir uğur (FOTO)
20 Yanvar faciəsi Kolumbiya mətbuatında
Tramp əksər Avropa ölkələri və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi
Mərakeşdə ilk dəfə koronavirusun "Britaniya" ştammına yoluxma faktı qeydə alınıb
İraqın mərkəzinə hava zərbələri endirilib
Sudanda 120-dən çox insan millətlərarası qarşıdurmanın qurbanı oldu
Əlcəzair və Mərakeş ərazisindəki səhrada qar yağıb
İtaliya parlamentinin aşağı palatası Konte hökumətinə etimad göstərib
Bakıda köşk yanıb
İsveçrədə xizək kurortunda uçqun olub, 10 nəfər qarın altında qalıb
Türkiyədə son sutkada koronavirusdan 7 905 nəfər sağalıb
Qarabağı Prezident İlham Əliyevin yetişdiriyi gənclər azad etdi - 17 ilin nəticəsi
Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb
Bakıda mənzildən qadın meyiti tapılıb
Mədəniyyət Nazirliyi “Müqəddəs alman Lüteran kilsəsi” haqda videoçarx hazırlayıb (VİDEO)
Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi - İsrailli ekspert
Disneyland Paris yenidən açılmasını 2 aprelə qədər təxirə saldı
TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb
COVİD-ə qarşı vaksin vurulan zaman hansı əlavə təsirlərin yarana biləcəyi açıqlandı
Ölkəmizdə istifadə edilən vaksin COVİD-19-un yeni ştammı üçün də təsirlidir - Ramin Bayramlı
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?
Azərbaycanda təbii qaz hasilatı artıb
Ceyhun Bayramov Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb
Ötən il Azərbaycanda 34 milyon tondan çox neft hasil olunub
Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub - Bakı Limanı
Xırdalanda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Ötən il 254 kriminal qrup zərərsizləşdirilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Ölkədə bu cinayətlər azalıb - RƏSMİ
Ötən il ümumilikdə 26 004 cinayət qeydə alınıb - Nazir
Kəlbəcər rayonunun Alolar kəndi (FOTO/VİDEO)
Vətən Müharibəsində Daxili Qoşunların 65 hərbçisi şəhid olub, 347 nəfər yaralanıb
DİN-də 2020-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib (FOTO)
Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
AZƏRTAC-ın İdarə Heyəti sədrinin “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı Türkiyədə nəşr olunub (FOTO)
Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək
Milli Məclisdə əfv etmə-amnistiya aktı mövzusunda dinləmə keçiriləcək
Təhlükəsizlik İdarəsinin əməkdaşları maaşlarının 10 faizini “YAŞAT” fonduna köçürüblər
“AccessBank” sahibkarlara münasib faizlə biznes kreditləri təklif edir
Ötən il vergidən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub - Mikayıl Cabbarov
Sənaye parklarında 50 rezident qeydiyyata alınıb - Nazir
Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb - Reza Deqati (FOTO)
20 Yanvar günü marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək - BNA
ABŞ-da Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan olunub
Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Kəlbəcərə dəmir yolunun çəkilməsi rayonun iqtisadi potensialını dəfələrlə artıracaq - Alim
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa, onun cavabının sərt olacağını bilməlidir - Tarixçi alim
Azərbaycanda narın qiyməti niyə bahalaşır? - Səbəb açıqlandı
Azərbaycan bu məhsula xarici tələbatı tamamilə aradan qaldırır
Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Əlverişsiz hava şəraiti Hirkan Milli Parkında yanğının söndürülməsinə ciddi maneə yaradır - FHN (VİDEO)
İşğaldan azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturu yaradılacaq
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb
Nazirlik polietilen torbalarla bağlı sahibkarlara çağırış edib
Atəşkəs davamlı olarsa, Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik - Çavuşoğlu
Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq
Bakıda peyvəndlənmə prosesi belə aparılır (FOTO/VİDEO)
Cəlilabadda daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlandı
İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
Bakı-Sumqayıt qatarı 20 Yanvar günü bu qrafiklə işləyəcək
Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
Şəhidlər Xiyabanında son tamamlama işləri görülür (FOTO)
Səbaildə Şəhidlərin xatirə lövhəsinin açılışı olub (FOTO)
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur - Nazir
Prezident İlham Əliyev: Kimsə özünü toxunulmaz hesab etməsin
“Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş rejimdə çalışacaq
Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olmasını sübit etdi - Naqif Həmzəyev
Prezident İlham Əliyev: Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
Prezident İlham Əliyev: Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
Rusiyada qar uçqunu olub, 12 nəfər...
Azərbaycan Prezidenti: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (VİDEO)
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib (FOTO/VİDEO)
Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır - Lavrov
Vaksin vurulandan sonra özümü tam rahat hiss edirəm - Həkim
Azərbaycanın yaratdığı yeni reallıqda Dağlıq Qarabağın status məsələsi yoxdur - Deputat
Qələbəmizin kökündə duran əsas məqamlardan biri gənclərimizin vətən sevgisi idi - Deputat
Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü (FOTO)
Bütün xəbərlər