...

ANCA Azərbaycanın ABŞ-dakı səfirinə qarşı təhdid kampaniyasına başlayıb

Siyasət Materials 30 Yanvar 2021 12:42 (UTC +04:00)

Bakı. Trend:

Amerikanın Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın ABŞ-dakı Səfirliyini hədəf alaraq, ölkəmizə, habelə səfir Elin Süleymanova qarşı nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ANCA rəsmi twitter və Facebook hesabında səfiri müharibə cinayətlərində ittiham edib.

ANCA-nın bu statusu bir sıra erməni icması üzvlərinin ölkəmizə və səfirə qarşı eyni zəmində təhqir dolu mesajlar paylaşmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti