...

Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb

Siyasət Materials 1 Mart 2021 18:20 (UTC +04:00)
Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatlarının koronavirusa qarşı peyvəndləmə prosesinin birinci mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, artıq deputatlar birinci mərhələdə peyvəndin ilk dozasını vurdurublar. Virusu keçirən deputatlarda isə antitellər olduğu üçün hələ ki, onların peyvənd olunması məsləhət görülməyib.

Qeyd edək ki, deputatlar arasında peyvəndləmə könüllü şəkildə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti