...

10 noyabr bəyanatının bəzi maddələri üzrə hələ də Ermənistandan konstruktiv yanaşma görmürük - XİN rəhbəri

Siyasət Materials 17 Mart 2021 13:47 (UTC +04:00)
10 noyabr bəyanatının bəzi maddələri üzrə hələ də Ermənistandan konstruktiv yanaşma görmürük - XİN rəhbəri

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan Azərbaycan ərazilərinə hərbçilər göndərməyə son qoymalıdır.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçokla birgə mətbuat konfransında deyib.

Nazir bildirib: "Biz üçtərəfli 10 noyabr bəyanatının bəzi maddələri üzrə hələ də Ermənistandan konstruktiv yanaşma görmürük. Bəyanata əsasən, Ermənistan Azərbaycan ərazilərindən bütün hərbi birləşmələrini çıxarmaq öhdəliyini götürüb. Ermənistan Azərbaycan ərazilərinə hərbçilərin göndərilməsinə son qoymalıdır. Bu, regionda sülh və sabitliyin təmin olunmasına təhdidlər yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti