Bakı. Trend:
Regionda uzunmüddətli sülhün təməlinin qoyulduğu, nəqliyyat dəhlizləri və sərhədlərin açılması kimk layihələrin müzakirəsinin aparıldığı vaxtda ABŞ Prezidenti qondarma "erməni soyqrımı" ifadəsini işlətdi.
Keçmişi qara ləkələrlə dolu olan ABŞ-ın prezidentinin “soyqırım” ifadəsini işlətməsi tarixin təhrif olunması ilə bərabər regionda gedən siyasi-iqtisadi münasibətlərə ağır zərbə də vurmuş oldu. Özünü demokratiya və sülh carçısı kimi təqdim edən ABŞ-ın bu addımı atması gözlənilən idi. Bu vaxta qədər Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsi gündəmdə idisə, münasibətlər yenidən gərginləşdi, erməni cəmiyyətində olan türklərə nifrət, azərbaycanafobiya meyilləri daha da güclənmiş oldu.
Dünən Los Ancelesin mərkəzində Ermənistan Gənclər Federasiyasından və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlarla “edam” ediblər.
Bu hadisədən daha öncə isə Yeravanda keçirilən mitinqlərdə də oxşar hadisələr baş vermişdi. Erməni etirazçılar Türkiyə və Azərbaycan bayraqlarını yandırmışdılar.
ABŞ-ın regionda uzunmüddətli sülhvə töhfə əvəzinə növbəti ağır zərbəni vurduğu açıq görünür. "Sülh carçısı" ABŞ regionda şəxsi maraqların sülhdən daha önəmli olduğunu açıq şəkildə göstərdi.
Tarixin saxtalaşdırılması nə sülhə, nə təhlükəsizliyə, nə də barışığa xidmət edir - Sevil Mikayılova
Milli Məclisin deputatı Sevil Mikayılova Trend-ə açıqlamasında qeyd edib ki, tarixin saxtalaşdırılması nə sülhə, nə təhlükəsizliyə, nə də barışığa xidmət edir. Cənubi Qafqazda sülhə və təhlükəsizliyə, geniş əməkdaşlığa imkan yarandığı bir dönəmdə bu tipli bəyanatlar prosesləri nəinki ləngidə bilər, eyni zamanda onları əvvəlki vəziyyətinə qaytarmaq meyllərni alovlandırar:
“Böyük iqtisadi layihələrin reallaşdırılması ilə Ermənistanın iqtisadi blokadadan çıxardılması, yeni reallıqlar şəraitində əməkdaşlığa cəlb edildiyi bir dönəmdə bu cür bəyanatlar hansı məqsad daşıyır? Ermənilərin illər boyu beynəlxalq birliyi çaşdırmaq istəklərinin əslində geniş anlamda məkrli siyasi oyunun tərkib hissəsi olması dünya liderlərinin nəzərindən qaçmamalıdır.
Tarixi tarixçilərə buraxıb, bugün konstruktiv siyası dialoqu dəstəkləmək daha vacibdir. Regionun inkişaf perspektivlərini və sülh pəncərəsini bir kəlmə ilə qapatmağın yanlış olduğunu anlamaq lazımdır. Hadisələrin həqiqi dəyərini vermək üçün Türkiyə dəfələrlə qarşı tərəfə arxivlərin açılması ilə bağlı müraciət edib. Təəssüf ki, bütün dünyaya qondarma “erməni soyqırımı” ilə bağlı səs salan Ermənistan bu çağırışları eşitməzliyə vurur. Məsələyə obyektiv baxışın olması bu tarixi incikliyi əslində aradan qaldırar, tərəflərin daha anlaşıqlı durumda işbirliyini təmin edər”.
Uydurma hadisələrin "soyqırım" kimi qələmə verilməsi ikili standartların təzahürüdür - Aydın Hüseynov
Trend-ə açıqlamasında deputat Aydın Hüseynov bildirib ki, ABŞ prezidentinin qondarma handisələri "soyqırım" kimi tanıması böyük təəssüf hissi doğurur və yaxşı heç nə vəd etmir. Uydurma hadisələrin "soyqırım" kimi qələmə verilməsi ikili standartların təzahürüdür:
"Bu addım əslində Türkiyəyə təzyiq məqsədi ilə atılıb və uzun illər ərzində erməni lobbisinin böyük pullar sərf edərək aparıldığı lobbizmin nəticəsidir. Çox təəssüf ki, ABŞ kimi nəhəng bir dövlət saxta erməni təbliğatının təsiri altına düşüb".
Milli Məclisin deputatı Sevinc Hüseynova isə Trend-ə bildirib ki, ABŞ prezidentinin uydurma “soyqırımı” tanıması regionda sülhə və sabitliyə böyük zərbədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması nəticəsində regionda yeni əməkdaşlıq mühiti yaranıb və Ermənistanın blokadadan çıxması, iqtisadi inkişafı üçün yeni imkanlar açılıb:
"Lakin ABŞ-ın indiki vəziyyətdə belə bir addım atması əslində Ermənistanın özünü də zərbə altında qoyur və onun blokadandan çıxmasını əngəlləyir. Bu gün regionda nəqliyyat dəhlizlərinin, sərhədlərin açılması istiqamətində işlər aparılır. Bu baxımdan ABŞ prezidentinin bu addımı regionda nəqliyyat dəhlizləri və sərhədlərin açılması kimk layihələrə ciddi zərbədir. Türkiyə-Ermənistan sərhədi bəlkə də açıla bilərdi, lakin qondarma "soyqırım"ın tanınması bu prosesləri ənəgəlləyir".
Asif Mehman
Trend İnformasiya Agentliyi Azərbaycan xidmətinin müdiri