...

Ceyhun Bayramovla Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub

Siyasət Materials 20 İyul 2021 17:52 (UTC +04:00)

Bakı. Trend:

20 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti