...

İsraillə Azərbaycanın münasibətləri dinamik inkişaf edir - İsrailli deputat

Siyasət Materials 9 Avqust 2021 19:54 (UTC +04:00)
İsraillə Azərbaycanın münasibətləri dinamik inkişaf edir - İsrailli deputat

Bakı. Zeyni Cəfərov - Trend:

İsraillə Azərbaycan arasında gözəl münasibətlər qurulub və dinamik inkişafını davam etdirir, bu münasibətlər daha da möhkəmlənir və məhsuldar olur.

Trend-in məlumatına görə, bunu israilli deputat Elina Bardaç-Yalova deyib.

Onun sözlərinə görə, İsrail dövləti Azərbaycanla əlaqələrə çox böyük əhəmiyyət verir:

"Maliyyə nazirimiz, "Evimiz İsrail" partiyasının lideri, ölkələrimiz arasında ikitərəfli münasibətlərin memarlarından biri hesab olnan Aviqdor Liberman dəfələrlə Azərbaycanı təkcə İsrailin strateji tərəfdaşı deyil, həm də dinlərarası və millətlərarası tolerantlığın nümunəsi adlandırıb".

İsrailli deputat hesab edir ki, İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması vacib hadisədir və bu iki ölkə arasında münasibətlərə yeni təkan vermək qabiliyyətindədir.

(Tərcümə: Orxan Nəbiyev)

Twitter:@jafarov_zeyni

Məqalədə:
Xəbər lenti

Xəbər lenti