...

Kabildəki hava limanının istifadəsi ilə bağlı təklifə görə Türkiyəyə minnətdarıq - Almaniyanın XİN rəhbəri

Siyasət Materials 29 Avqust 2021 23:11 (UTC +04:00)

Bakı. Trend:

Almaniya Kabildəki beynəlxalq hava limanının fəaliyyətinə töhfə verməyə hazırdır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Heyko Maas türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra deyib.

Maas öz "Twitter" səhifəsində yazıb: "Kabildəki hava limanının istifadəsi ilə bağlı təklifə görə Türkiyəyə minnətdarıq. Almaniya həm maliyyə, həm də texniki baxımdan əlavə dəstək verməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti