...

XİN Ermənistanın Gəncəyə hücumunun ildönümü ilə bağlı paylaşım edib

Siyasət Materials 4 Oktyabr 2021 11:03 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Bu gün Ermənistanın humanitar hüquq prinsiplərini kobud şəkildə pozaraq münaqişə zonasından kənarda yerləşmiş Gəncə şəhərinə hücumundan bir il ötür.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin XİN) "Twitter" səhifəsində yazılıb.

Nazirlik günahsız qurbanları kədər və hüznlə xatırladıqlarını bildirib.

Qeyd edək ki, 4 Oktyabr 2020-ci ildə Ermənistanın Gəncəyə birinci raket atəşi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti