...

Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təklif Bakı tərəfindən atılan vacib addımdır - Britaniya səfiri

Siyasət Materials 31 Yanvar 2022 12:21 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın Ermənistanla normal münasibətlərin qurulması, sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü təklif rəsmi Bakı tərəfindən atılan vacib addımdır.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı böyük işlər həyata keçirir.

Səfir vurğulayıb ki, məcburi köçkünlər öz yerlərinə qayıtmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti