...

Beynəlxalq komissiya itkin düşən şəxslərin axtarışlarında Azərbaycana yardım edəcək

Siyasət Materials 4 Aprel 2022 16:29 (UTC +04:00)
Beynəlxalq komissiya itkin düşən şəxslərin axtarışlarında Azərbaycana yardım edəcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Təhıükəsizliyi Xidmətinin Şəhriyar adına Mədəniyyət Mərkəzində itkinlərlə əlaqədar sənəd imzalanmasına dair tədbir keçirilib.

Trend-in məlumatına görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşənlərin cəsədlərinin axtarışları və ekskumasiysı ilə bağlı Vətən müharibəsindən sonra komissiyanın qarşısında tapşırıq qoyulub.

"Bununla əlaqədar İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə Əsir, İtkin Düşmüş və Girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası arasında sənəd imzalanıb.
Sənədə görə, beynəlxalq komissiya itkin düşən şəxslərin axtarışlarında Dövlət Komissiyasına yardım edəcək.

Eyni zamanda, Vətən müharibəsi zamanı 6 azərbaycanlı itkin düşüb. Onlarla bağlı da komissiyaya müraciət daxil olub. Hazırda bu istiqamətdə işlər davam etdirilir", - deyə komissiya sədri bildirib.

Tədbirdə çıxış edən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrina Bomberger bildirib ki, 90-cı illərin münaqişəsi zamanı 40 minə yaxın insan itkin düşüb: "Həmin şəxslərin 75 faizi tapılıb. İtkin düşmüş şəxslərin müəyyənləşdirmək mümkündür. Bunun üçün dövlət və digər əlaqədar qurumların birgə fəaliyyəti və qarşılıqlı əməkdaşlıq lazımdır. Bunun üçün elmi tədqiqatların tətbiqi vacibdir. Bu işdə, həmçinin, itkin düşən şəxslərin də iştirakı, işçi qrupa köməyi lazımdır. Azərbaycana gələndən sonra cənab Prezidentlə, xarici işlər naziri və digər səlahiyyətli şəxslərə görüşmüşük. Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı əməkdaşlığımız yüksək nəticə verəcəyinə inanırıq".

İ.Axundov bildirib ki, Niyyət protokolu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrina Bomberger tərəfindən imzalanıb: "Birinci Qarabağ müharibəsindən 3890 nəfər, Vətən Müharibəsindən isə 6 itkinimiz var. Beynəlxalq Komissiya ilə birlikdə həmin şəxslərin axtarlşları ilə bağlı işə başlamışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti