Bakı. Trend:
28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir.
İraq Respublikasının Baş naziri Mustafa Al-Kazımidən:
"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə İraq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında yaxın dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulamaq istəyirəm.
Hörmətli cənab Prezident, Sizə davamlı uğurlar, xoşbəxtlik, dost Azərbaycan hökumətinə və xalqına isə firavanlıq və tərəqqi arzulayıram".
***
Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan:
"Zati-aliləri.
Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə uzun ömür, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasına və onun dost xalqına isə davamlı inkişaf və rifah arzulayıram".
***
Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabahdan:
"Zati-aliləri.
Dost ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan sıx əlaqələrin bundan sonra da inkişaf etməsini arzulayıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun dost xalqına isə davamlı tərəqqi və rifah diləyirəm".