...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyəyə səfərə gəliblər (FOTO/VİDEO)

Siyasət Materials 9 Avqust 2022 12:30 (UTC +04:00)
Prezident İlham Əliyev və  Birinci xanım Mehriban Əliyeva Türkiyəyə səfərə gəliblər (FOTO/VİDEO)

Bakı. Trend:

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşıladılar.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti