...

Verdikləri mücadilədə daim azərbaycanlı qardaşlarımızın yanında olacağıq - Ərdoğan

Siyasət Materials 20 Sentyabr 2022 19:44 (UTC +04:00)
Verdikləri mücadilədə daim azərbaycanlı qardaşlarımızın yanında olacağıq - Ərdoğan
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda sabitliyin təmini baxımından tarixi bir fürsət pəncərəsi açılıb. Türkiyə olaraq Azərbaycan ilə Ermənistan arasında həyata keçirilən prosesi dəstəkləyərək bu fürsətin dəyərləndirilməsi üçün çox önəmli addımlar atdıq. Son günlərdə Ermənistan-Azərbaycan sərhədində yaşanan münaqişələr bu iqlimə kölgə salmış olsa da, inanırıq ki, qısa zamanda iki ölkə arasında hərtərəfli bir sülh anlaşması imzalanacaq.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının (BA) 77-ci sessiyasında çıxışı zamanı deyib.

"Haqlarını və gələcəklərini inşa məsələsində verdikləri mücadilədə daim azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyik", - deyə Ərdoğan vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti