...

Azərbaycan ermənilərin terror əməllərinin davam etdirilməsinə imkan verə bilməzdi - Afət Həsənova

Siyasət Materials 22 Sentyabr 2022 15:10 (UTC +04:00)
Azərbaycan ermənilərin terror əməllərinin davam etdirilməsinə imkan verə bilməzdi - Afət Həsənova

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, əksinə Azərbaycana qarşı terror əməllərinə və təxribatlara davam etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, son aylar ərzində Ermənistanın ölkəmizə qarşı təxribatları daha intensiv xarakter almışdı.

“Üçtərəfli bəyanatdan sonra Ermənistan Laçın rayonu ərazisində 1400-dən çox yeni mina basdırıb ki, bu da Azərbaycana qarşı açıq terror əməlidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni müharibədən sonra da Ermənistanın Azərbaycana qarşı terror və hərbi cinayəti davam edir. Azərbaycan Ermənistanı nə qədər xəbərdar etsə də, Ermənistana nə qədər əməkdaşlıq təklif etsə də, Ermənistan öz təxribat əməllərindən əl çəkmədi, əksinə daha da azğınlaşdı, hətta mülki insanlarımızı atəşə tutdu”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan öz vətəndaşlarının həlak olmasına, ermənilərin ölkəmizə qarşı təxribat və terror əməllərinin davam etdirilməsinə imkan verə bilməzdi.

“Qüdrədli Azərbaycan ordusu sentyabrın 13-də erməni təxribatına layiqli cavab verdi, düşməni yerinə otuzdurdu. Ermənistan yenə də bu təxribatın əvəzini ağır ödədi, ordumuz düşmənə həm hərbi texnika, həm də canlı qüvvə baxımından ağır zərbə vurdu, bir sıra strateji yüksəklikləri, postları nəzarəti altına aldı.

Ermənistan həmişə olduğu kimi çarəni beynəlxalq təşkilatlara, başqa ölkələrə müraciət etməkdə gördü. Yenə çalışdı ki, kimlərində əli ilə Azərbaycanı dayandırsın, amma göründüyü kimi Ermənistan heç nəyə nail ola bilmədi.

Cənab Prezident İlham Əliyev Laçına səfəri zaman bildirdi ki, “heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz”.

Ermənistan tərəfi İkinci Qarabağ müharibəsində də Azərbaycanı dayandırmaq üçün beynəlxalq təşkilatlara, digər ölkələrə müraciətlər etdi. Lakin cənab Prezident İlham Əliyev bütün bu təzyiqlərə sinə gələrək Azərbaycanın haqq mübarizəsin davam etdi və torpaqlarımız işğaldan azad etdi. Lakin bu, Ermənistana dərs olmadı, yenidən təxribatlara əl atdılar və növbəti dəfə dərslərin aldılar. Yaxşı olardı ki, Ermənistan başqa ölkələrin, beynəlxalq təşkilatların ayağına qaçıb Azərbaycanı dayandırmaq əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin, təxribat və terror əməllərinə son qoysun”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti