...

Azərbaycanı güclü və etibarlı tərəfdaş qismində görən təkcə Moldova deyil – Natalya Qavrilitsa

Siyasət Materials 11 Oktyabr 2022 12:18 (UTC +04:00)
Azərbaycanı güclü və etibarlı tərəfdaş qismində görən təkcə Moldova deyil – Natalya Qavrilitsa
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Moldova Azərbaycanla ticarət əlaqələrini dərinləşdirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Moldovanın baş naziri Natalya Qavrilitsa Bakıda biznes nümayəndələri ilə görüşü zamanı deyib.

"Biz Cənubi Qafqazın başlıca ölkələri, xüsusilə, Azərbaycanla ticarət və investisiya əlaqələrimizi dərinləşdirməyi hədəfləyirik", - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycanı güclü və etibarlı tərəfdaş qismində görən təkcə Moldova deyil.

"Bu fikri Brüssel də, Aİ-nin digər dövlətləri də bölüşür. Biz zəruri sistem dəyişikliklərinin təmin olunması üçün dövlət və özəl sektorlar arasında rəqəmsal körpülər yaradırıq. Biz ölkəmizdə azərbaycanlı investorları qəbul etməyə hazırıq", - baş nazir deyib.

N.Qavrilitsa qeyd edib ki, Aİ Ukraynadakı vəziyyətin iqtisadi fəsadlarını yumşaltmağa çalışdığı üçün Azərbaycan bu prosesdə etibarlı tərəfdaş ola bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti