...

Jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği müəyyənləşib

Siyasət Materials 11 Oktyabr 2022 14:54 (UTC +04:00)
Jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği müəyyənləşib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 (iyirmi) manat təşkil edəcək.

Trend-in məlumatına görə bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Bildirilib ki, vəsait dövlətin mülkiyyəti hesab olunur, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.

Vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti