...

Tatarıstan prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 15 Noyabr 2022 13:42 (UTC +04:00)
Tatarıstan prezidenti Azərbaycana səfər edəcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov noyabrın sonunda Azərbaycana səfər edəcək.

Bunu Trend-ə bu gün "Taqras" neft-servis holdinqinin baş direktoru Lenar Nazipov deyib.

O bildirib ki, noyabrın 26-dan 30-dək Tatarıstan prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda olacaq. Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

O əlavə edib ki, "Taqras" şirkəti Azərbaycan, Türkmənistan və Özbəkistan bazarlarını fəal şəkildə tədqiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti