...

Zakir Həsənov Gürcüstanın Milli Müdafiə Akademiyasında olub (FOTO)

Siyasət Materials 15 Noyabr 2022 16:18 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 15-də Qori şəhərindəki David Ağmaşenebeli Milli Müdafiə Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müdafiə naziri akademiyanın rektoru briqada generalı Mamia Balaxadze ilə görüşüb. Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də bu sahənin inkişaf perspektivləri müzakirə olunub.
Sonra general-polkovnik Z.Həsənov akademiyanın “Şərəf kitabı”nı imzalayıb.

Milli Müdafiə Akademiyası ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov kursantların idman yarışını izləyib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti