...

Ukraynanın birinci xanımı öz paylaşımında Qobustan qoruğundan bəhs edib (FOTO)

Siyasət Materials 16 Noyabr 2022 18:24 (UTC +04:00)
Ukraynanın birinci xanımı öz paylaşımında Qobustan qoruğundan bəhs edib (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın birinci xanımı Olena Zelenska "Instagram"dakı rəsmi səhifəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun da qeyd olunduğu paylaşım edib.

Trend-in məlumatına görə, o yazıb ki, 32 ölkədə 50 ukraynadilli audio-bələdçi işə düşüb.

"Bu 50 mədəni və tarixi əhəmiyyətli məkanda Ukrayna dili səslənir. Azərbaycan, "Qobustan" tarixi-bədii qoruğu. 6 mindən çox qayaüstü rəsmin aşkar olunduğu unikal yer. Planetdə incəsənətin yarandığı ilk məkanlardan biri", - Ukraynanın birinci xanımı yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti