...

İki məhkəmədə Ermənistana qarşı iddialarımız var - Fərid Şəfiyev

Siyasət Materials 28 Dekabr 2022 12:00 (UTC +04:00)
İki məhkəmədə  Ermənistana qarşı iddialarımız var - Fərid Şəfiyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bizim iki məhkəmədə - Beynəlxalq Ədalət Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı iddialarımız var.

Trend-in məlumatına görə bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair keçirilən konfransda bildirib.

O qeyd edib ki, hər iki məhkəmədə söhbət insan hüquqlarından gedir.

“Digər məsələlər gündəmdə deyil. Ona görə təzminat məsələsi çox mürəkkəb məsələdir. Biz bu məsələləri fərdi şəkildə milli məhkəmələrdə qaldıracağıq. Məsələn İsveçrənin şirkəti var ki, hansı ki,Qarabağda qeyri-qanuni fəaliyyət göstərir və gəlir əldə edir. Biz onlara qarşı İsveçrə məhkəməsində iddia hazırlayırıq.”,- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti