Bakı. Trend:
Taxıl sazişi vasitəsilə Ukraynadan dünya ölkələrinə 17 milyon ton taxıl daşınıb.
Trend-in məlumatına görə, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ruandaya səfəri çərçivəsində mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, 17 milyon ton Ukrayna taxılının 5 milyon tonu Sahara səhrasının cənubundakı Afrika ölkələrinə çatdırılıb.
“Bu günədək taxılın 60 faizdən çoxu aşağı və ortagəlirli ölkələrə göndərilib. Dünya bazarlarında taxılın qiyməti 8 faizədək ucuzlaşıb”, - deyə M.Çavuşoğlu əlavə edib.